A seriyasında REKORD:  Artetanın köməkçisi ən gənc baş məşqçi  olacaq
18 iyun 2025 13:18 (UTC +04:00)

A seriyasında REKORD: Artetanın köməkçisi ən gənc baş məşqçi olacaq

İtaliyanın "Parma" klubu baş məşqçi postu üçün gözlənilməz variant tapıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, bir neçə mötəbər mənbənin məlumatına görə, “sarı-göylər”ə Karlos Kuesta başçılıq edəcək. Əvvəllər ispaniyalı Mikel Artetanın məşqçilər korpusunda idi.

Qeyd olunur ki, Kuesta son 86 ildə İtaliyanın elit divizionunda ən gənc məşqçi olacaq. Karlosun 29 yaşı var.

Mütəxəssis futbol  karyerasına 23 yaşında “Yuventus”da Massimiliano Alleqrinin məşqçilər korpusuna qoşularaq başlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390

Oxşar yazılar