Bakıda güclü külək fəsadsız ötüşməyib.
Lent.az xəbər verir ki, Suraxanı rayonu, Malik Mustafayev küçəsində güclü külək ağacı aşırıb.
Ağac qaz borusunun üzərinə aşıb. Bu zaman boru dirəkdən qopub düşüb və altında dayanan avtomobili əzib.
Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.