Afrika Millətlər Kubokunda finalçılar  bəlli oldu
15 yanvar 2026 03:39 (UTC +04:00)

Afrika Millətlər Kubokunda finalçılar bəlli oldu

0

Afrika Millətlər Kubokunda finalçılar bəlli olub.

Lent.az xəbər verir ki, yarımfinalın ilk matçında Seneqal millisi Misir yığması ilə üz-üzə gəlib.

Gərgin keçən oyunun taleyini bir qol həll edib. Sadio Manenin 78-ci dəqiqədə vurduğu qolla Seneqal millisi adını finala yazdırıb - 1:0.

Digər yarımfinal görüşündə Nigeriya Mərakeşlə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtlarında hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan Mərakeş finalda Seneqalın rəqibi olub - 4:2.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 212

Oxşar yazılar