"Liverpul" futbol klubu ispaniyalı məşqçi Xabi Alonsonun nümayəndələrinə mümkün əməkdaşlıq barədə müraciət etdikdən sonra onun ətrafındakılardan müsbət cavab alıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, İngiltərə klubunun nümayəndələri Alonsonun "Real"dan ayrıldıqdan sonra işləməyə fasilə verməsinə baxmayaraq, təklifləri nəzərdən keçirməyə hazır olduğunu təsdiqləyiblər. İspaniyalı mütəxəssis qərar verməyə tələsmir, lakin komanda tərəfindən xoş qarşılanacağını anlayır.
Bildirilir ki, "Liverpul" ispaniyalı mütəxəssisi 2026/27 mövsümü də daxil olmaqla, qarşıdakı mövsümlər üçün namizəd kimi nəzərdən keçirir. Klub rəhbərliyi bu mövsümün sonuna qədər hazırkı baş məşqçi Arne Slotu saxlamaq niyyətindədir.
Alonsonun 44 yaşı var. Oyunçu karyerası ərzində o, 2004-cü ildən 2009-cu ilə qədər “Liverpul”da oynayıb.
Məşqçi kimi ispaniyalı mütəxəssis 2022-ci ilin oktyabrından 2025-ci ilin mayına qədər Leverkuzenin “Bayer”, daha sonra isə 2025-ci ilin iyunundan “Real” komandasına rəhbərlik edib.
O, yanvar ayında istefaya göndərilib. Onun rəhbərliyi altında komanda 34 oyun keçirib, 24 qələbə qazanıb, 4 heç-heçə edib və 6 dəfə məğlub olub.