Ançelotti onu qəzəbləndirən qapçını klubdan çıxarır
02 mart 2024 10:14 (UTC +04:00)

Ançelotti onu qəzəbləndirən qapçını klubdan çıxarır

"Real Madrid"in qapıçısı Kepa Arrizabalaqa Madrid klubundakı vəziyyətindən narazıdır.

Lent.az xəbər verir ki, bu barəd yerli “The Athletic” nəşri məlumat yayıb.

Eyni zamanda İspaniyanın “Don Diario” portalı bu məlumatın mətbuata sızmasının komandanın baş məşqçisi Karlo Ançelottinin xoşuna gəlmədiyini, italiyalının futbolçuya qəzəbinə səbəb olduğunu qeyd edir.

Üstəlik, mənbənin sözlərinə görə, bu, Ançelottini nəhayət ki, Kepanın 30 iyun 2024-cü ildə, kredit müqaviləsinin müddəti bitdikdən sonra “Real Madrid”dən getməli olmasına tam əmin edib.

Hazırda İspaniya çempionatının turnir cədvəlinə 65 xalla "Real" tək başçılıq edir. Komanda ən yaxın izləyicisi "Jirona"nı altı xal qabaqlayır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6180
avatar

Oxşar yazılar