Avropa klubları onu almaq istəyir:  “Barselona”, “Bavariya”, “Mançester Yunayted”...
15 noyabr 2025 16:29 (UTC +04:00)

Avropa klubları onu almaq istəyir: “Barselona”, “Bavariya”, “Mançester Yunayted”...

0

Avropanın aparıcı klubları “Yuventus”un hücumçusu Duşan Vlahoviçə maraq göstərirlər.

Lent.az xəbər verir ki, 25 yaşlı serb hücumçunun Turin klubu ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır. Yanvar ayından etibarən o, digər klublarla sərbəst danışıqlara başlaya biləcək.

Məlumata görə, Vlahoviçi “Barselona”, “Bavariya”, “Mançester Yunayted”, “Atletiko” və “Tottenhem” diqqətlə izləyir.

Bu mövsümdə hücumçu bütün turnirlərdə 18 oyun keçirib, 8 qol vurub və 1 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar