"Barselona" qışda yeni oyunçular  ala bilməyəcək   - SƏBƏB
08 dekabr 2022 12:19 (UTC +04:00)

"Barselona" qışda yeni oyunçular ala bilməyəcək - SƏBƏB

“Barselona”nın idman direktoru Jordi Kroyff deyib ki, maliyyə feyr-pleyi komandaya qış transfer pəncərəsində yeni oyunçular cəlb etməyə mane ola bilər. 

Lent.az bildirir ki, onun sözlərini “Mundo Deportivo” yayıb.

“Düşünürəm ki, klubun prezidenti maliyyə feyr-pleyinə görə çətin, demək olar ki, ümidsiz vəziyyətdə olduğumuzu artıq açıq şəkildə bildirib, ona görə də indi yeni gələnlər haqqında danışmağın mənası yoxdur. Transfer pəncərəsinə bir ay qalıb və nəyinsə edilib-edilməyəcəyi zamanla görünəcək”, - Kroyff bildirib.

Keçirilən 14 oyundan sonra "Barselona" 37 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. “Real” 35 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 26 xal qazanmağı bacaran “Real Sosyedad” qapayır.

Daha əvvəl Jordi Kroyff klubun PSJ-nin hücumçusu Lionel Messini geri qaytarmaq istədiyini açıqlamışdı.

# 807
avatar

Oxşar yazılar

Zorlamada ittiham olunan Alveşdən  5 milyonluq təzminat   TƏLƏBİ

Zorlamada ittiham olunan Alveşdən 5 milyonluq təzminat TƏLƏBİ

2 fevral 2023 , 19:27
 Əfsanəvi futbolçu   karyerasını başa vurdu

Əfsanəvi futbolçu karyerasını başa vurdu

2 fevral 2023 , 18:14
İspaniya  klubları kasıblaşıb?   Transferə daha az xərcləyiblər

İspaniya klubları kasıblaşıb? Transferə daha az xərcləyiblər

2 fevral 2023 , 17:22
Fransa millisindən getdi

Fransa millisindən getdi

2 fevral 2023 , 16:10
Usik və Fyuri arasındakı  döyüşün vaxtı   AÇILANDI

Usik və Fyuri arasındakı döyüşün vaxtı AÇILANDI

2 fevral 2023 , 15:32
Messi Ronaldonun  rekordunu   YENİLƏDİ

Messi Ronaldonun rekordunu YENİLƏDİ

2 fevral 2023 , 14:40
Dünya çempionunun  əlcəkləri   oğurlandı

Dünya çempionunun əlcəkləri oğurlandı

2 fevral 2023 , 14:02
 Narkotik alverində   ittiham olunurdu: 17 il sonra bəraət aldı

Narkotik alverində ittiham olunurdu: 17 il sonra bəraət aldı

2 fevral 2023 , 13:32