"Barselona" rəhbərliyi Hansi Flikin Kataloniya klubunun baş məşqçisi vəzifəsində qalması ilə bağlı qərar qəbul edib.
Lent.az-ın xarici mətbuata istinadla məlumatına görə, alman məşqçiyə 2028-ci ilə qədər yeni müqavilə təklif edilməsi gözlənilir, çünki onun işindən razıdırlar.

Qeyd etmək lazımdır ki, məşqçinin "Barselona" ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Kataloniya komandası hazırda İspaniya liqasında 43 xalla birinci yerdədir.