“Barselona”nın hücumçusu okeanın o tayına  gedə bilər
10 fevral 2026 16:05 (UTC +04:00)

“Barselona”nın hücumçusu okeanın o tayına gedə bilər

0

Amerikanın "Çikaqo Fayr" klubu "Barselona"nın polşalı hücumçusuna konkret təklif göndərib.

MLS klubu "Barselona"nın hücumçusu Robert Levandovski ilə müqavilə imzalamaqda maraqlıdır.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, "Çikaqo Fayr" ötən ilin sonlarında 37 yaşlı hücumçunun mümkün pulsuz transferi ilə bağlı polşalı futbolçu ilə əlaqə saxlayıb.

Robertin həyat yoldaşının potensial yaşayış yerini yoxlamaq üçün Çikaqoya səfər etdiyi bildirilir. O, əvvəllər ərinin karyerası ilə bağlı xəbərləri Polşa nəşri ilə bölüşüb.

Həmçinin qeyd etmək lazımdır ki, komanda oyunçuya iki illik müqavilə və mənbəyə görə, qlobal superulduz statusuna uyğun maaş təklif edir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 180

Oxşar yazılar