“Bavariya” azarkeşləri Almaniya kubokunun 1/32 final mərhələsinin “Preussen”lə səfər oyununda (4:0) meydançaya tennis topları ataraq etiraz aksiyası keçirib.
Lent.az xəbər verir ki, bu barədə jurnalist Patrik Berger öz “Twitter” səhifəsində yazıb.
Azarkeşlərin meydançaya tennis topları atması və od yandırması nəticəsində hakimlər əvvəlcə matçın başlamasını gecikdirmək məcburiyyətində qalıblar. Matçın gedişində isə daha bir fasilə vermək məcburiyyətində qalıblar.
Azarkeşlərin narazılığına səbəb Almaniya Superkuboku-2023-ün avqustun 12-də baş tutması və qalan komandaların həmin vaxt Almaniya Kubokunun ilk mərhələsinin oyunlarını keçirməsidir. “Bayern” cari Kubok mövsümündə debüt matçını cəmi bir ay sonra keçirməli oldu.
Meydana 185 top atıldığı üçün “Bavariya” təxminən 65 000 avro cərimə ödəyəcək və onların hər biri 350 avro cərimə ilə cəzalandırılacaq.
Hazırda “Bavariya” klubu 13 xal toplayaraq Bundesliqada birinci yerdədir.