Oyun zamanı futbolçunun "parik"i   başından düşdü
05 noyabr 2026 18:22 (UTC +04:00)

Oyun zamanı futbolçunun "parik"i başından düşdü

0

Braziliyada futbol oyunu zamanı qeyri-adi və gülməli hadisə baş verib.

Lent.az xəbər verir ki, Santa-Katarina ştatının İmbituba şəhərində keçirilən “Divineya” – “Arrou” qarşılaşmasında futbolçunun pariki başından düşüb.

Hadisə qarşılaşmanın başa çatmasına təxminən 10 dəqiqə qalmış yaşanıb.

“Divineya” komandasının hücumçusu Dudu hava mübarizəsində topa başla toxunaraq ötürmə edib. Lakin bu hərəkət zamanı onun pariki başından çıxaraq ot örtüyünün üzərinə düşüb.

Futbolçu özünü itirməyib. O, pariki yerdən götürərək yenidən başına taxmağa çalışsa da, buna nail ola bilməyib.

Nəticədə Dudu qarşılaşmanın qalan hissəsini parikini əlində tutaraq oynayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 108

Oxşar yazılar