“Bavariya”nın oyunçusundan gələcəyi ilə bağlı  QƏRAR
18 iyun 2025 09:23 (UTC +04:00)

“Bavariya”nın oyunçusundan gələcəyi ilə bağlı QƏRAR

"Bavariya"nın qanad oyunçusu Serj Qnabri nəhayət ki, gələcəyi ilə bağlı qərar verib.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, alman futbolçu Münhen klubunda qalmaq istəyir. Onun Türkiyə liqasına keçmək niyyəti ilə bağlı iddialar əsassızdır.

Qnabri “qırmızılar”ın start heyətində yer almaq üçün mübarizə aparmağa hazırlaşır. O, həm cinahda, həm də hücumun mərkəzində oynamağa hazırdır.

Ötən mövsümdə Serj 43 oyun keçirib, 7 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2026-cı ilə qədərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 356

Oxşar yazılar