Benzema "Real"a qayıdır? - Özü CAVABLADI
18 noyabr 2025 12:36 (UTC +04:00)

Benzema "Real"a qayıdır? - Özü CAVABLADI

0

Səudiyyənin “Əl-İttihad” klubunun hücumçusu Kərim Benzema, Madridin “Real” klubuna qayıtmaq ehtimalı ilə bağlı sualı cavablandırıb.

Lent.az xəbər verir ki, kluba qayıtmağın mümkün ola biləcəyini deyib:

“Əgər Florentino Peres hələ də oradadırsa, bu baş verə bilər. Mən ona heç vaxt yox deməzdim. Mən madridistəm. Özümü hələ də belə hiss edirəm. Madrid hələ də mənim şəhərimdir. Gələcəkdə nə olacağını görəcəyik”.

Qeyd edək ki, fransalı futbolçu 2009–2023-cü illərdə “kral klubu”nda çıxış edib. “Real”ın heyətində o, dörd dəfə İspaniya çempionu olub, üç dəfə ölkə kubokunu qazanıb və beş dəfə Çempionlar Liqasının qalibi olub.

2022-ci ildə Benzema “Qızıl top” mükafatını qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 188

Oxşar yazılar