"Brüqqe"nin oyunçusu Bekhemin  Çempionlar Liqasındakı rekordunu qırdı
06 noyabr 2025 17:11 (UTC +04:00)

"Brüqqe"nin oyunçusu Bekhemin Çempionlar Liqasındakı rekordunu qırdı

0

"Brüqqe" klubunun yarımmüdafiəçisi Karluş Forbş Çempionlar Liqasının ümumi mərhələsinin 4-cü turunda "Barselona"ya qarşı ev oyununda (3:3) iki qol vurub və bir məhsuldar ötürmə edib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 21 yaşlı Forb. matçın 6-cı dəqiqəsində Nikolo Tresoldiyə məhsuldar ötürmə edib, daha sonra isə 17-ci dəqiqədə "Barselona"nın qapısına qarşı qol vurub. O, 63-cü dəqiqədə bir daha fərqlənib.

Məlumata görə, 21 yaş 231 günlük olan Karlos Forbş Çempionlar Liqasında "Barselona"ya qarşı oyunda qol vuran və məhsuldar ötürmə edən ən gənc oyunçu olub. Əvvəlki rekord 1998-ci ildə "Mançester Yunayted" və "Real"ın keçmiş yarımmüdafiəçisi Devid Bekhemə (23 yaş 137 gün) məxsus idi.

"Brüqqe" klubunun və Portuqaliyanın 21 yaşadək futbolçusu Forbş Çempionlar Liqasında həftənin oyunçusu mükafatına namizəd göstərilib. O, "Brüqqe" klubunda bütün turnirlərdə 15 oyun keçirib, dörd qol vurub və beş məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 223

Oxşar yazılar