Bu FOTONUN  sirri ortaya çıxdı
06 mart 2026 13:15 (UTC +04:00)

Bu FOTONUN sirri ortaya çıxdı

0

Viktor Osimhen oyundan sonra Kriştiano Ronaldo ilə şəkil çəkdirmək üçün bir saat gözlədiyini və portuqaliyalı ulduzun ona "nə olursa olsun, davam etməyi" məsləhət gördüyünü söyləyib. 

Lent.az xarici mediaya istinadən bildirir ki, "Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhen Kriştiano Ronaldo ilə bağlı bir anı danışıb. Nigeriyalı futbolçu oyundan sonra Ronaldo ilə şəkil çəkdirmək üçün uzun müddət gözlədiyini söyləyib.

Osimhen Ronaldo ilə görüşməyin onun üçün xüsusi bir an olduğunu bildirib və deyib: "Kriştiano Ronaldo ilə görüşmək? Oyundan sonra tək istədiyim onunla şəkil çəkdirmək idi".

Osimhen portuqaliyalı ulduzun çalışqanlığına heyranlığını ifadə edərək Ronaldonun oyundan sonra idman zalına getdiyini bildirib. Nigeriyalı hücumçu deyib: "Onu bir saat gözləməli oldum, çünki o, 90 dəqiqədən sonra idman zalına getmişdi. Bu, həqiqətən inanılmazdır".

Osimhen həmçinin Ronaldonun ona məsləhət verdiyini qeyd edərək deyib: "O, mənə "nə olursa olsun, davam et" deyib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 867

Oxşar yazılar