"Şaxtyor" "Barselona"nın sabiq futbolçusu Arda Turana kluba rəhbərlik etməsi üçün rəsmi təklif edib.
Lent.az xəbər verir ki, bu barədə hazırda Turanın baş məşqçisi olduğu Türkiyənin “Eyüpspor” klubunun prezidenti Murat Özkaya məlumat verib.
Ardanın Dieqo Simeonenin gedişindən sonra “Atletiko Madrid”ə rəhbərlik etməyi hədəflədiyi də qeyd edilir.
Turanın yaxın dostu olan "Qalatasaray"ın sabiq futbolçusu və baş məşqçisi Necati Ateş ona "Şaxtyor"un təklifini qəbul etməyi məsləhət gördüyünü deyib.