"Union Berlin"in yeni baş məşqçisi bəlli olub.
Lent.az Apasport.az-a istinadən xəbər verir ki, komandaya Mari-Luzie Eta rəhbərlik edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mari-Luzie Bundesliqa tarixində ilk qadın baş məşqçi kimi də tarixə keçib.
"Union Berlin" 29 turdan sonra 32 xalla Bundesliqada 11-ci pillədədir.