"Çelsi" Obameyanqa  əvəzləyici   tapıb
08 fevral 2023 16:43 (UTC +04:00)

"Çelsi" Obameyanqa əvəzləyici tapıb

"Çelsi" Pyer-Emerik Obameyanqı əvəz edə biləcək yeni hücumçu tapıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, söhbət “Brentford”un hücumçusu Ayvan Tonidən gedir. Futbolçuya "aristokratlar"ın marağı olduğunu jurnalist Saymon Filips yazıb.

“Ayvan Toni “Çelsi”nin çox bəyəndiyi oyunçudur. Onun namizədliyi yeni seçim qrupu tərəfindən təklif olunub. Bu, onların irəli sürdüyü namizəddir. Ancaq açıq şəkildə “Çelsi” gözləməlidir, çünki oyunçunun qumar problemi var və diskvalifikasiya oluna bilər. Ancaq, ümumiyyətlə, Toni yayda yeni hücumçu roluna güclü namizəddir", - Filipps bildirib. 

Xatırladaq ki, 2022-ci ilin noyabrında İngiltərə Futbol Assosiasiyası “Brentford” klubunun hücumçusu Ayvan Toni 2017-ci il fevralın 25-dən 2021-ci il yanvarın 23-nə qədər mərc oyun qaydalarını 232 dəfə pozmaqda ittiham edib. İstintaq davam edir.

# 1347
avatar

Oxşar yazılar