"Çelsi" və "Real" arasında 120 milyonluq hücumçu üstündə MÜBARİZƏ
01 aprel 2023 12:43 (UTC +04:00)

"Çelsi" və "Real" arasında 120 milyonluq hücumçu üstündə MÜBARİZƏ

Portuqaliyanın “Benfika” klubu hücumçu Qonkalo Ramosun qiymətini açıqlayıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, klub oyunçunun satışı üçün 120 milyon avro istəyir.

Məlumata görə, hücumçu ilə “Real Madrid” və “Çelsi” maraqlanır.

21 yaşlı Qonkalo Ramos bu mövsüm “Benfika”nın heyətində bütün yarışlarda 36 oyun keçirib və 24 dəfə rəqib qapısına zərbə endirib. 10 dəfə məhsuldar ötürmə edib. Portuqaliyalı hücumçuya iddialılar arasında PSJ və “Mançester Yunayted” də var.

# 2631
avatar

Oxşar yazılar