“Çelsi”nin sahibinin Ronaldo sevdası
05 oktyabr 2022 01:53 (UTC +04:00)

“Çelsi”nin sahibinin Ronaldo sevdası

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo qış transfer pəncərəsində “Çelsi”yə keçə bilər.

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, 37 yaşlı superulduz yenidən London klubunun maraq dairəsinə düşüb.

“Zadəganlar”ın sahibi Todd Bouli Portuqaliya millisinin kapitanını komandasında görmək arzusundan vaz keçməyib. O, yayda Ronaldonu almaq istəsə də, həmin vaxtkı baş məşqçi Tomas Tuxel transferə razılıq verməmişdi. İş adamı indi də hazırkı çalışdırıcı Qrem Potterə bu variantı təklif edib.

Qeyd edək ki, Kriştiano Ronaldonun “Mançester Yunayted”lə müqavilə müddəti mövsümün sonuna qədərdir.

# 1866
avatar

Oxşar yazılar