“Liverpul”un əfsanəsi Stiven Cerrarddan ən yaxşı hücumçunu seçmək istənilib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, uruqvaylı Luis Suares uzun müddət Stivenin siyahısında başçılıq edib, lakin sonda Kərim Benzema lider olaraq ortaya çıxıb.
Fransız futbolçu dəfələrlə İngiltərə klubuna qol vurub, o cümlədən Kiyevdə keçirilən Çempionlar Liqasının finalında. Həmin oyun “Real”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.