UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçları keçirilib.
Lent.az xəbər verir ki, bu gün iki matç baş tutub.
"Atletiko" "Barselona"nı qəbul edib. Kataloniyalılar rəqibini 2:1 hesabı ilə məğlub etsə də, bu yetərli olmayıb. Madrid təmsilçisi növbəti mərhələyə yüksəlib.
"Liverpul" isə PSJ ilə qarşılaşıb. Fransa təmsilçisi rəqibinə Usman Dembelenin vurduğu yeganə qolla qalib gəlib - 1:0.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi
Cavab oyunları
14 aprel
23:00 "Atletiko" – "Barselona" 1:2
İlk oyun 2:0
23:00 "Liverpul" – PSJ 0:1
İlk oyun 0:2