“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibləri  bəlli oldu
28 avqust 2025 21:20 (UTC +04:00)

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibləri bəlli oldu

Bu gün UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkatma mərasimi baş tutub.

Apasport.az xəbər verir ki, tədbir UEFA-nın Monakoda yerləşən inzibati binasında təşkil olunub.

Turnirdə Azərbaycanı təmsil edən "Qarabağ"ın rəqibləri bəlli olub.

IV səbətdə yer alan Ağdam təmsilçisinin bu mərhələdəki rəqibləri I səbətdən "Çelsi", "Liverpul", II səbətdən isə "Benfika" (Portuqaliya) və "Ayntraxt" komandaları olub.

"Qarabağ"ın III səbətdəki rəqibləri "Ayaks", "Napoli", IV səbətdəki rəqibləri isə "Atletik" və "Kopenhagen" komandaları olub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının ilk turunun görüşləri sentyabrın 16-18-də təşkil olunacaq. Pley-off mərhələsi fevralın 17-18-də, final qarşılaşması isə mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə reallaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar