Yarıçılpaq kişi şöbəyə girib polisləri döydü  - VİDEO
28 avqust 2025 18:29 (UTC +04:00)

Yarıçılpaq kişi şöbəyə girib polisləri döydü - VİDEO

Rusiyanın Orenburq vilayətində yarıçılpaq kişi polis şöbəsinə daxil olaraq əməkdaşlara hücum edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə avqustun 20-də, Orsk şəhərində baş verib. 

Bildirilir ki, şöbəyə soxulan idmançı sərxoş olub. O, polisi guya onu incidən nəsə etməkdə günahlandıraraq əməkdaşlardan birinə hücum edib. Daha sonra ikinci polis əməkdaşını da yerə yıxaraq şöbəni tərk edib.

Bir müddət sonra OMON dəstəsi aqressiv şəxsin evinə gedərək onu saxlayıb.

Ayılandan sonra kişi etdiyi hərəkətə görə üzr istəyib. Lakin bu, onu məsuliyyətdən xilas etməyib. Onun barəsində “Hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiqi” maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 418

Oxşar yazılar

Ağdaşda tövlədən meyit  tapıldı

Ağdaşda tövlədən meyit tapıldı

28 avqust 2025 , 19:27
"Meydan TV" işi üzrə daha bir HƏBS

"Meydan TV" işi üzrə daha bir HƏBS

28 avqust 2025 , 19:09
"Pendir oğrusu"  ölkədən qovuldu

"Pendir oğrusu" ölkədən qovuldu

28 avqust 2025 , 17:59
“Meydan TV”nin istintaqı yekunlaşdı

“Meydan TV”nin istintaqı yekunlaşdı

28 avqust 2025 , 17:56
Tiktoker “Miray”  saxlanıldı

Tiktoker “Miray” saxlanıldı

28 avqust 2025 , 17:05
Arvadını gizlicə meşədə basdırdı

Arvadını gizlicə meşədə basdırdı

28 avqust 2025 , 16:51
Azərbaycanda "A-frame" evlər  tikən biznesmen həbs olundu

Azərbaycanda "A-frame" evlər tikən biznesmen həbs olundu

28 avqust 2025 , 14:38
Sabirabadda AĞIR QƏZA:  1 ölü, 4 yaralı - YENİLƏNİB

Sabirabadda AĞIR QƏZA: 1 ölü, 4 yaralı - YENİLƏNİB

28 avqust 2025 , 14:14