Türkiyədə futbol klubunun rəhbəri qətlə yetirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə İstanbulun Çekmeköy qəsəbəsində, restoranda baş verib.
"Alemdağ" futbol klubunun rəhbəri Tuncay Meriç yemək yediyi vaxt naməlum şəxs ona silahlı hücum edib. Bir neçə güllə yarası alan Meriç xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmayıb.