Toydan sonra bəyi güllələyib öldürdülər
28 avqust 2025 11:56 (UTC +04:00)

Toydan sonra bəyi güllələyib öldürdülər

Türkiyədə toy mərasimindən sonra açılan atəş nəticəsində bəy aldığı xəsarətlərdən dünyasını dəyişib.

Lent.az xarici mediaya istinadla xəbər verir, cütlüyü mərasimdən sonra evlərinə yola salarkən, 23 yaşlı bəy Əli K. güllə yarası alıb. Anadolu dövlət xəbər agentliyinin məlumatına görə, atəşi gəlinin qohumlarından bir qadının açdığı ehtimal olunur.

Təhlükəsizlik qüvvələri 47 yaşlı qadını saxlayıb və onun bağında iki ədəd qeydiyyatsız tapança aşkarlanıb.

Prokurorluq Giresun vilayətinin Şebinkarahisar şəhərində baş verən hadisə ilə bağlı istintaqa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar