Arvadını gizlicə meşədə basdırdı
28 avqust 2025 16:51 (UTC +04:00)

Arvadını gizlicə meşədə basdırdı

Ukraynanın Kiyev vilayətində arvadını meşədə basdıran kişi həbs olunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, kişi 2020-ci ilin noyabrında mənzildə birlikdə yaşadığı qadının meyitini tapıb. O, polisə zəng edib qadının ölümünü bildirmək əvəzinə, meyiti bel çantasına yığıb meşəyə apararaq, basdırıb.

Məhkəmədə təqsirləndirilən şəxs bildirib ki, həqiqətən də həyat yoldaşının meyitini mənzildə tapıb. O, qadının spirtli içki qəbul etdiyini, bu səbəbdən də yıxılmalar nəticəsində bədənində xəsarətlərin olduğunu iddia edib. Kişinin sözlərinə görə, o, təşvişə düşərək qadını meşənin içindəki bir boşluqda basdırmaq qərarına gəlib, sonra isə Kiyev vilayətindən çıxıb.

O, həmçinin bildirib ki, özü polisə müraciət etmək niyyətində olub, lakin 2023-cü ildə hüquq-mühafizə orqanları onu taparaq hər şeyi öyrəniblər.

Məhkəmə onu Ukrayna Cinayət Məcəlləsinin 297-ci maddəsinin 1-ci hissəsi üzrə təqsirli bilib 3 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 462

Oxşar yazılar