Cüdoçumuz “Böyük Dəbilqə”də çempion oldu
07 fevral 2026 21:54 (UTC +04:00)

Cüdoçumuz “Böyük Dəbilqə”də çempion oldu

0

 Azərbaycan cüdoçuları Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü iki medalla başa vurublar.

Lent.az xəbər verir ki, Ruslan Paşayev (66 kq) bürünc medal qazanıb.

Daha əvvəl Balabəy Ağayev (60 kq) qızıl mükafata sahib çıxıb.

Nazir Talıbov (66 kq) 1/16 final mərhələsində Migel Qaqoya (Portuqaliya) uduzub.

Qeyd edək ki, "Böyük Dəbilqə" fevralın 8-də başa çatacaq. Azərbaycan yarışda səkkiz cüdoçu ilə təmsil olunur.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar