DÇ-2022-nin açılış mərasimi keçirildi
20 noyabr 2022 19:13 (UTC +04:00)

DÇ-2022-nin açılış mərasimi keçirildi

Qətərdə təşkil edilən dünya çempionatının açılış mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, tədbir Dohadan 40 kilometr şimalda yerləşən El-Xaur şəhərindəki 60 min tamaşaçı tutumuna mali “El-Bayt” stadionunda baş tutub.

Mərasimdə Cənubi Koreyanın Kpop qrupu BTS-in üzvlərindən Çon Conquk “Dreamers” musiqisini ifa edib. Həmçinin bir çox tanınmış xarici və qətərli müğənnilər öz ifaları ilə iştirak ediblər.

Qeyd edək ki, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq Qətər – Ekvador oyunu ilə start götürəcək DÇ-2022-nin çempionu 42 milyon dollar qazanacaq.

# 2913
avatar

Oxşar yazılar