De Byazinin əvəzolunmazları - Möcüzə arzusunda
26 iyun 2022 11:43 (UTC +04:00)

De Byazinin əvəzolunmazları - Möcüzə arzusunda

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

2021/22 mövsümü Azərbaycan millisinin oyunları ilə başa çatıb.

Apasport.az saytının məlumatına görə, yığmamız Millətlər Liqasında 4 oyun keçirib.

Canni de Byazinin yetirmələri C liqasında mübarizənin yarıdan çoxunu arxada qoyub. Komandamız 11 gündə keçirdiyi 4 matçda 4 xal toplayıb.

Turinə ardıcıl iki məğlubiyyətlə başlayan milli dərhal 3-cü qrupun autsayderinə çevrilib. Lakin digər zəif – Belarusla görüşlər komandamızın xeyrinə olub. İlk qol, ilk xal və ilk qələbə nəticəsində yığmamız fasiləyə 3-cü sırada yollanıb.

Millətlər Liqası
C liqası, 3-cü qrup

3 iyun 2022. Nur-Sultan. Qazaxıstan – Azərbaycan – 2:0
6 iyun 2022. Novi-Sad (Serbiya). Belarus – Azərbaycan – 0:0
10 iyun 2022. Bakı. Azərbaycan – Slovakiya – 0:1
13 iyun 2022. Bakı. Azərbaycan – Belarus – 2:0

De Byazi bu qarşılaşmalarda 23 futbolçuya şans verib. Yalnız iki oyunçu Millətlər Liqasında əvəzolunmaz statusu daşıyıb. Bunlar qapıçı Şahrudin Məhəmmədliyev və müdafiəçi Bəhlul Mustafazadədir. Hər iki futbolçu 4 qarşılaşmada 360 dəqiqə şans qazanıb.

Daha 6 oyunçu 4 turda meydana çıxıb. Lakin onlar bütün görüşlərdə 90 dəqiqə oynamaq imkanı qazanmayıb.

Yeri gəlmişkən qolların müəllifləri də 4 matçda forma geyinənlərdir. Bunlar Mahir Emreli ilə Ramil Şeydayevdir.

Dörd oyun keçirənlərdən birinin V turu buraxacağı dəqiqləşib. Hamıdan çox – 2 sarı vərəqə alaraq cəzalı duruma düşən Mahir Emreli qarşıdakı matçı buraxmalı olacaq. Yığmanın yeganə qırmızı vərəqəsi isə Qismət Alıyevin passivindədir.

Yığmamızın heyətində Millətlər Liqasında forma geyinənlər:

futbolçu

oyun

dəqiqə

qol

sarı

qırmızı

Bəhlul Mustafazadə

4

360

0

0

0

Şahrudin Məhəmmədliyev

4

360

-3

0

0

Emin Mahmudov

4

338

0

0

0

Azər Salahlı

4

329

0

1

0

Eddi İsrafilov

4

329

0

1

0

Renat Dadaşov

4

231

0

0

0

Ramil Şeydayev

4

225

1

0

0

Mahir Emreli

4

186

1

2

0

Cəlal Hüseynov

3

270

0

1

0

Höccət Haqqverdi

3

270

0

0

0

Maksim Medvedev

3

220

0

0

0

Riçard Almeyda

3

203

0

1

0

Bədavi Hüseynov

3

194

0

0

0

Namik Ələskərov

3

70

0

1

0

Aleksey İsayev

2

85

0

0

0

Abbas Hüseynov

2

84

0

0

0

Qara Qarayev

2

50

0

1

0

Anatoli Nuriyev

2

47

0

0

0

Coşqun Diniyev

1

31

0

0

0

Anton Krivotsyuk

1

31

0

0

0

Qismət Alıyev

1

19

0

0

1

Dmitri Nazarov

1

11

0

0

0

Toral Bayramov

1

11

0

0

0

Millimizin qrupunda hamının aşkar favorit saydığı Slovakiya Qazaxıstana iki dəfə uduzaraq şansını çətinə salıb. Postsovet məkanı təmsilçisi ötən mövsüm pley-off sayəsində C liqasında qalmışdısa, indi B dəstəsinə yüksəlməyə əsas namizəddir. Son iki turda Qazaxıstana cəmi 1 qələbə yetərlidir.

Belarus 1-ci yerə şansını itiribsə, Slovakiya və Azərbaycan möcüzə gözləyir. Qazaxıstan ən pis halda yerini qoruyubsa, digər 3 komanda D liqasına düşməmək üçün pley-off oynamamağa çalışacaq.

C liqasının 3-cü qrupunun turnir cədvəli:

yer

Komanda

O

Q

H

M

T/F

X

1

Qazaxıstan

4

3

1

0

6-2

10

2

Slovakiya

4

3

0

1

3-3

6

3

Azərbaycan

4

1

1

2

2-3

4

4

Belarus

4

0

2

2

1-4

2

Millətlər Liqasının startı göstərdi ki, Azərbaycan yığmasının əsas hədəfi C liqasında qalmaqdır. Amma oyun baxımından rəqiblərindən geri qalmayan millimiz daha artığına da ümid edə bilər.

Hər halda, De Byazinin yetirmələri B liqasında yüksəlmək üçün nəzəri şansını qoruyur.

Bunun üçün millimiz hər iki oyunda qalib gəlməli, üstəlik Qazaxıstanın Belarusa uduzmasını gözləməlidir. Qazaxıstanın hər iki matçında uduzması yetərincə real görünür. Amma De Byazinin komandasının səfərdə Slovakiyanı yenməsi möcüzəyə yaxındır.

Hətta V tur millimizin istədiyi kimi keçsə, yəni yığmamız Slovakiyanı, Belarus Qazaxıstanı udsa belə, son görüşdə ağır vəzifə durur. Finala çevriləcək matçda lideri qəbul edəcək komandamız ən azı 3 top fərqilə qalib gəlməlidir. Bu isə inandırıcı olmasa da, mümkünsüz də deyil.

Millimizin son oyunlarının təqvimi:
22 sentyabr 2022. Slovakiya – Azərbaycan
25 sentyabr 2022. Azərbaycan – Qazaxıstan

Millətlər Liqasının qarşılaşmaları Azərbaycan yığmasının FİFA reytinqinə də təsir edib. Komandamız keçirdiyi 4 matçda topladığı 4 xal sayəsində reytinqini zənginləşdirib. 

Düzdür, bu qazanc cəmi 0,12 xala bərabər olub. Nəticədə bu rəqəm 1127,17-yə çatıb. 

Millimiz artıq FİFA sıralamasında 128-cidir. Ötən cədvəllə müqayisədə bir addım irəliləyən yığmamız Antiqua və Barbudanı arxada qoyub.

# 1788
avatar

Oxşar yazılar