Dünya çempionatında TARİX YAZDI:  Həm hakim,  həm də kimya professoru
06 dekabr 2022 19:42 (UTC +04:00)

Dünya çempionatında TARİX YAZDI: Həm hakim, həm də kimya professoru

Qətərin ev sahibliyi etdiyi 2022-ci il dünya çempionatında tarix yazan qadın hakimlər arasında yer alan Ketrin Nesbittin hakimlikdən başqa kimya professoru kimi fəaliyyətə başlaması diqqət çəkib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Stefania Frappart dünya çempionatı oyununu idarə edən ilk qadın hakim kimi tarixə düşərkən, İngiltərə-Seneqal görüşündə köməkçi hakim kimi Ketrin Nesbitt ilk qadın hakim kimi dünya çempionatlarında rekordlardakı yerini alıb.

Eyni zamanda kimya professoru olan və 10 ildir Tovson Universitetində araşdırmalar aparan Nesbitt hakimlik və professorluğun oxşar olduğu qənaətindədir: “Hər zaman qərarlar verirsən və qarşılaşdığın vəziyyət həmişə ağ-qara olmur. Siz eyni anda birdən çox məlumatı təhlil etməli və ən yaxşı qərarı verməlisiniz”.
 

# 2130
avatar

Oxşar yazılar