Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə "Qalatasaray"ın başqanı Dursun Özbək tərəfindən klub forması bağışlanıb.
Lent.az Apasport.a istinadən xəbər verir ki, ölkə başçısına üzərində ad-soyadı yazılmış 10 nömrəli forma hədiyyə olunub.
Qeyd edək ki, "Qalatasaray" Bakıda keçirilmiş xeyriyyə matçında "Qarabağ"a 2:1 qalib gəlib. Matçı izləyənlər arasında İlham Əliyev və I vitse-prezident Mehriban Əliyeva da olub.