Nüfuzlu Transfermarkt internet portalı bu günə olan vəziyyətə görə dünyanın ən bahalı hücumçularının reytinqini tərtib edib.
Lent.az xəbər verir ki, portalın versiyasına əsasən, futbolun ən bahalı forvardı adı üç futbolçu arasında bölünüb: “Barselona” klubunun hücumçusu Lamin Yamal, “Manchester Siti”nin bombardiri Erlinq Haaland və “Real Madrid”in lideri Kilian Mbappe. Hər üç futbolçunun bazar dəyəri 200 milyon avro olaraq göstərilir.
Qeyd edək ki, Yamalın 18, Haalandın 25, Mbappenin isə 27 yaşı var.
Lider üçlüyünü Vinisius Junior izləyir. “Real”ın formasını geyinən futbolçunun transfer dəyəri 150 milyon avro təşkil edir.
Sonrakı yerlərdə isə 130 milyon avro dəyəri olan üç futbolçu qərarlaşıb: Bukayo Saka (Arsenal), Aleksander Isak (Liverpul) və Mişel Olise (Bayern Münhen).