Erlinq Halandın  qazancı AÇIQLANDI
07 oktyabr 2022 15:57 (UTC +04:00)

Erlinq Halandın qazancı AÇIQLANDI

“Mançester Siti”nin hücumçusu Erlinq Halandın qazancı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı forvardın həftəlik gəliri 865 min funt sterlinqdir.

Norveç millisinin üzvü bonuslarla birlikdə bu qədər qazanc götürür. Bu da onu Premyer Liqada ən çox maaş alan futbolçu edir və rekordçuya çevirir. Müqayisə üçün qeyd edək ki, Kevin de Bruyne “Mançester Siti”də həftəlik 375 min, Kriştiano Ronaldo isə “Mançester Yunayted”də 480 min funt sterlinq qazanır.

Qeyd edək ki, Erlinq Haland bu mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə keçirdiyi 12 oyunda 19 qol vurub, 3 məhsuldar ötürmə verib.

# 2313
avatar

Oxşar yazılar