Fatinin atasından oğluna ÇAĞIRIŞ:   “Barselona”dan get!”
29 mart 2023 15:12 (UTC +04:00)

Fatinin atasından oğluna ÇAĞIRIŞ:   “Barselona”dan get!”

Ansu Fatinin atası oğlunun karyerasının “Barselona”da formalaşmasından narazıdır. 

Lent.az xarici mediaya istinadən bildirir ki, Bori Fati klubu oğlunun meydanda qısa oyun müddətinə görə tənqid edib. O, Ansunu qəti şəkildə rədd cavabı aldığı Kataloniya klubundan getməyə çağırdığını da bildirib.

"Ona dedim ki, vəziyyət dəyişməsə, "Barselona"dan getsin. Daha çox oynamalıdır. Ansu mənə dedi ki, səhv edirəm, bu klubda qalmaq və uğur qazanmaq istəyir. Hər şey məndən asılı olsaydı, sabah "Barselona"dan ayrılardım. Mən onun niyə bu qədər az oynadığını həqiqətən başa düşə bilmirəm, biz “Barselona”nın 10 nömrəsindən danışırıq.

Xavi niyə ona oyun vaxtı vermir? Bu yaxşı sualdır. Bunun üçün onun öz səbəbləri var. Ansu heç də ondan üzülmür, Xavi onun uşaqlıq kumiri idi. Və mən Xavini bəyənirəm. Onunla şəxsən üç dəfə danışdım. Mənə dedi ki, Ansunun işləməsi lazımdır”, - Bori Fati vurğulayıb. 

Xatırladaq ki, Ansu Fati bu yaxınlarda "Barselona" ilə müqaviləsini uzadıb, 27-ci ilə qədər klubda qalacaq. 
 

# 1086
avatar

Oxşar yazılar