“Fənərbağça”nın prezidentinə  bu futbolçunu almaq təklif olundu
28 iyun 2025 09:43 (UTC +04:00)

“Fənərbağça”nın prezidentinə bu futbolçunu almaq təklif olundu

"Zenit"in mərkəz yarımmüdafiəçisi Vendel karyerasını Türkiyə çempionatında davam etdirə bilər.

Lent.az xəbər verir ki, jurnalist Yağız Sabunçoğlunun sosial şəbəkələrdə yazdığına görə, “Zenit”in baş direktoru Aleksandr Medvedev türk klubunun prezidentinə braziliyalını almağı təklif edib.

Mənbə onu da bildirir ki, Medvedev Vendeli mövsümün sonunda “Botafoqo”ya eyni şərtlərlə transfer etməyi təklif etsə də, baş tutmayıb.

Həmçinin məlumata əsasən, hələlik Vendelin “Fənərbağça”ya transferi məsələsi müzakirə səviyyəsində qalır.

Ötən mövsüm Vendel bütün turnirlərdə mavi-ağ-mavilərin heyətində 27 oyun keçirib. Onlarda yarımmüdafiəçi iki qol vurub və 13 məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 400

Oxşar yazılar