"Fənərbaxça" Joze Mourinyo ilə müqavilə imzaladı - RƏSMİ
02 iyun 2024 22:06 (UTC +04:00)

"Fənərbaxça" Joze Mourinyo ilə müqavilə imzaladı - RƏSMİ

"Fənərbaxça"nın anlaşaraq İstanbula gətirdiyi Joze Mourinyo "Şükrü Saraçoğlu Stadionu"nda 45 min azarkeş qarşısında 2+1 illik rəsmi müqavilə imzalayıb.

Lent.az Apasport.az-a istinadən xəbər verir ki, Mourinyo və Ali Koç birlikdə tribunaları salamlayıb və mərasimdə açıqlamalar veriblər.

Koç, "O, şübhəsiz ki, dünya tarixinin ən yaxşı 5 məşqçisindən biridir" deyib. Mourinyo isə, "Futbol sizin və bizim üçün bir ehtirasdır. Hiss edirəm ki, bu həvəsi hiss edə biləcəyim bir yerdəyəm. Sizin arzularınız mənim arzularımdır", - deyib.

Qeyd edək ki, İstanbul təmsilçisi təcrübəli mütəxəssisə verəcəyi maaş haqda məlumat verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1932
avatar

Oxşar yazılar