Niderlandın canlı əfsanəsi Marko van Basten
26 mart 2021 12:24 (UTC +04:00)

Niderlandın canlı əfsanəsi Marko van Basten

Futbola elə bir yenilik gətirilə bilər ki... - CANLI ƏFSANƏDƏN TƏKLİF

Niderlandın canlı əfsanəsi Marko van Basten maraqlı təkliflə çıxış edib.

Apasport.az saytının məlumatına görə, məşhur hücumçu ofsayd sisteminin ləğvinin tərəfdarıdır.

O, bunun futbola böyük fayda gətirəcəyini düşünür: “Hələ də ofsayd qaydaları ilə maraqlanıram, çünki bunun uğursuz olduğuna əminəm. Ən azı ofsayd vəziyyəti olmadan yoxlamaq istərdim. Çünki futbolun bu qaydasız daha yaxşı olacağını düşünürəm. Futbolun daha həyəcanlı, əyləncəli, maraqlı olmasını təmin etmək üçün çox şey edə bilərik”.

Qeyd edək ki, Marko van Basten 2017-ci ildə FİFA ilə əməkdaşlıq edərkən bənzər fikir bildirmişdi.

# 2880
avatar

Oxşar yazılar