Hakan Şükürə görə dünya çempionatında  şərhçilikdən uzaqlaşdırıldı
03 dekabr 2022 17:56 (UTC +04:00)

Hakan Şükürə görə dünya çempionatında şərhçilikdən uzaqlaşdırıldı

DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Kanada və Mərakeş arasında keçirilən oyunda türk şərhçi Alper Bakırcıgil işdən uzaqlaşdırılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, mənbənin sözlərinə görə, sanksiyalara səbəb jurnalistin öz reportajında Türkiyə millisinin sabiq hücumçusu Hakan Şükürün dünya çempionatı tarixində vurduğu ən erkən qolu qeyd etməsi olub. Şərhçiyə xəbərdarlıq edilib. Onun telekanaldan qovulmadığı qeyd edilir.

Hakan Şükür “Qalatasaray”, “İnter” və “Parma”dakı çıxışları ilə tanınır. Türkiyə komandası ilə birlikdə 1999/2000 mövsümündə UEFA kubokunu qazanıb. Futbolçu 2002-ci il dünya çempionatının bürünc mükafatçısı olan Türkiyə millisində 100-dən çox oyun keçirib.

2008-ci ildə Şükür idman karyerasını başa vuraraq siyasətə qədəm qoyub. O, Ərdoğanın siyasətinə qarşı çıxıb və 2015-ci ildə ABŞ-a getməyə məcbur olub. 2016-cı ildə o, Türkiyədə axtarışa verilib. Keçmiş futbolçu ABŞ-da yaşayır və taksi sürücüsü işləyir.


 

# 1410
avatar

Oxşar yazılar

 Əfsanəvi futbolçu   karyerasını başa vurdu

Əfsanəvi futbolçu karyerasını başa vurdu

2 fevral 2023 , 18:14
İspaniya  klubları kasıblaşıb?   Transferə daha az xərcləyiblər

İspaniya klubları kasıblaşıb? Transferə daha az xərcləyiblər

2 fevral 2023 , 17:22
Fransa millisindən getdi

Fransa millisindən getdi

2 fevral 2023 , 16:10
Usik və Fyuri arasındakı  döyüşün vaxtı   AÇILANDI

Usik və Fyuri arasındakı döyüşün vaxtı AÇILANDI

2 fevral 2023 , 15:32
Messi Ronaldonun  rekordunu   YENİLƏDİ

Messi Ronaldonun rekordunu YENİLƏDİ

2 fevral 2023 , 14:40
Dünya çempionunun  əlcəkləri   oğurlandı

Dünya çempionunun əlcəkləri oğurlandı

2 fevral 2023 , 14:02
 Narkotik alverində   ittiham olunurdu: 17 il sonra bəraət aldı

Narkotik alverində ittiham olunurdu: 17 il sonra bəraət aldı

2 fevral 2023 , 13:32
Ronaldo maaşının 90 faizini buradan alır

Ronaldo maaşının 90 faizini buradan alır

2 fevral 2023 , 12:45