İbrahimoviçdən Messi və Martinesə MESAJ: “Bu yolla  qalib gələ bilməzsiniz”
26 yanvar 2023 19:15 (UTC +04:00)

İbrahimoviçdən Messi və Martinesə MESAJ: “Bu yolla qalib gələ bilməzsiniz”

Zlatan İbrahimoviç Argentinanın dünya kubokunu qazanmasından danışıb. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, isveçli ulduz Messidən başqa argentinalı futbolçuların daha heç nə qazana bilməyəcəyini bildirib.

“Milan”da çıxış edən Zlatan İbrahimoviç dünya çempionatının qalibi olan Argentina haqda fikirlərini bildirib.

İbrahimoviç deyib: "Messi tarixin ən yaxşı oyunçusu hesab olunur. Mən onun dünya kubokunu qazanacağına əmin idim. Mbappe daha bir dəfə dünya çempionu olacaq. Mən onun üçün narahat deyiləm. Messi hər şeyi qazandı və həmişə xatırlanacaq, amma mən narahatam. Argentinadakı digər oyunçular. Emiliano Martines kimi futbolçular daha heç nə qazanmayacaq. Mən peşəkar oyunçu kimi danışıram, bu, yalnız bir dəfə qalib gəldiyinə işarədir, bir daha qazana bilməyəcəksən. Bu şəkildə qalib gələ bilməzsən”.

Qətərdə keçirilən turnirin ən yaxşı qapıçısı seçilən, dünya kubokunun qalibi Emiliano Martines mükafatlandırma mərasimindəki hərəkəti ilə finala damğasını vurub. Daha sonra Fransa Martinezdən şikayət edib, UEFA isə 30 yaşlı futbolçu ilə bağlı araşdırmaya başlayıb.


 

# 1692
avatar

Oxşar yazılar