Belqradda keçirilən güləş üzrə dünya çempionatında idmançılarımız finalda uğurlu çıxış ediblər.
Lent.az saytı xəbər verir ki, həlledici görüşə vəsiqə qazanan üç yunan-Roma güləşçimizdən ikisi qələbə qazanıb.
Eldəniz Əzizli (55 kq) finalda gürcü rəqibini məğlub edib. Nuqzari Tsurtsumiaya 13:4 hesabı ilə qalib gələn Eldəniz üçüncü dəfə dünya çempionu olub. Rafiq Hüseynov (82 kq) həlledici görüşdə iranlı Əlirza Mohmadipianidən güclü olub. Bu qələbə Rafiqə karyerasında ikinci dünya çempionluğunu qazandırıb.
Olimpiadaya lisenziya qazanan Sənan Süleymanov (77 kq) final görüşündə məğlub olub. O, Olimpiadanın gümüş mükafatçısı və dünya çempionu Akjol Mahmudovla (Qırğızıstan) bacarmayıb.

İki qızıl və bir gümüş - BELQRADDA
Oxşar yazılar

"Arsenal" 60 milyona yarımmüdafiəçi aldı
10 may 2025 , 14:21
"Barselona" məhsuldar hücumçunu alır
10 may 2025 , 12:07
"Əl-Nəsr" Ronaldo ilə müqaviləni uzatmaq istəmir
10 may 2025 , 09:42
Super Liqa: “Fənərbaxça” darmadağın etdi
9 may 2025 , 23:23
Bu klub Arda Turanı baş məşqçi postuna çağırdı
9 may 2025 , 18:48
"Real"ın yeni baş məşqçisi Xabi Alonso oldu - Müqavilə İMZALANDI
9 may 2025 , 15:04
Jurnalistin bu sualı “Tottenhem”in baş məşqçisini özündən çıxartdı
9 may 2025 , 09:42