İlin  ən yaxşı qapıçısı   adına iddialı üçlük AÇIQLANDI
08 fevral 2023 22:01 (UTC +04:00)

İlin ən yaxşı qapıçısı adına iddialı üçlük AÇIQLANDI

Beynəlxalq Futbol Federasiyası 2022-ci ilin ən yaxşı qapıçısı adına ilk üç iddiaçının adını açıqlayıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, siyahıda Tibo Kurtua (“Real”, Belçika millisi), Yassin Bunu (“Sevilya”, Mərakeş millisi) və Emiliano Martines (“Aston Villa”, Argentina millisi) yer alıb.

Mükafatların təqdimetmə mərasimi fevralın 27-də Parisdə keçiriləcək.

"Çelsi"nin və Seneqalın qapıçısı Eduard Mendi ötən il "İlin qapıçısı" mükafatını qazanıb.
 

# 2220
avatar

Oxşar yazılar