“İnter”ə keçməkdən  imtina etdi
31 yanvar 2023 17:56 (UTC +04:00)

“İnter”ə keçməkdən imtina etdi

"Mançester Yunayted"in müdafiəçisi Harri Maquayr icarə əsasında "İnter"ə keçməkdən imtina edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, mənbənin məlumatına görə, 29 yaşlı futbolçu mankunianlıların əsas heyətində bütün diqqətini mübarizəyə yönəltmək niyyətindədir. Bununla belə, Maquayr daha çox oyun vaxtı qazana bilməsə, yay transfer pəncərəsində “Mançester Yunayted”dən ayrılması mümkündür.

Maquayr bu mövsüm “Mançester Yunayted”in heyətində 16 oyun keçirib, qol vurmayıb. 

“Transfermarkt.com” portalı futbolçunun transfer dəyərini 30 milyon avro qiymətləndirir.
 

# 1419
avatar

Oxşar yazılar