Fransa çempionu PSJ-nin gürcü cinah oyunçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının ən pis rekordunu təkrarlayıb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, pley-offun ilk oyununda “Monako” ilə oyunda o, hədəfə düşməyən səkkiz zərbə endirib.
Fransalı Terri Anri iki dəfə eyni sayda zərbəni hədəfə düşmədən vurub - 2004-cü ildə “Çelsi” və 2006-cı ildə Moskva OMİK-i ilə oyunda.
PSJ 3-2 hesabı ilə qalib gəlib. Pley-offun ikinci oyunu fevralın 25-də keçiriləcək.