"Liverpul" Kloppu  qovmaq fikrində deyil:   Onu dəstəkləyirlər
06 fevral 2023 15:12 (UTC +04:00)

"Liverpul" Kloppu qovmaq fikrində deyil: Onu dəstəkləyirlər

"Liverpul" Yurqen Kloppu baş məşqçi postundan qovmaq niyyətində deyil.

Lent.az xarici mediaya istinadla bildirir ki, jurnalist Fabritsio Romanonun sözlərinə görə, “Liverpul” rəhbərliyi hələ də 55 yaşlı almaniyalıya dəstək verir və baş məşqçini dəyişmək fikrində deyil. "Liverpul"un bu mövsüm uğursuzluqlarına baxmayaraq, digər mütəxəssislərlə danışıqlar aparılmır.

"Liverpul" Kloppla davam etmək istəyir. Onunla birlikdə klub yay transfer pəncərəsinə hazırlaşır. “Liverpul”un bu yay prioriteti yarımmüdafiə xəttini gücləndirmək olacaq. Onlar bu bölgə üçün Cuda Bellinqhem (“Borussiya” Dortmund) və ya Mateus Nuneşi (Vulverhempton) almaq istəyirlər.

Klopp fərq yaratmaq və “Liverpul”u yüksək səviyyəyə qaytarmaq üçün çox çalışır. Hər iki tərəf birgə işi davam etdirmək istəyir.

"Liverpul" hazırda Premyer Liqanın turnir cədvəlində 10-cu yerdədir. Klub artıq həm İngiltərə Kubokundan, həm də İngiltərə Liqa Kubokundan kənarlaşdırılıb. Komandanın 2023-cü ildə keçirdiyi yeddi oyunda bir qələbə və dörd məğlubiyyəti var.
 

# 1749
avatar

Oxşar yazılar