UEFA Çempionlar Liqası: “Qarabağ” məğlub olsa da, “play-off”a çıxdı
29 yanvar 2026 01:54 (UTC +04:00)

UEFA Çempionlar Liqası: “Qarabağ” məğlub olsa da, “play-off”a çıxdı

1

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyuna çıxıb.

Lent.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə “Liverpul”la qarşılaşıb.

Görüş saat 00:00-da başlayıb və rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçimiz bu nəticə ilə 10 xalla liqa mərhələsini 22-ci yerdə tamamlayıb və ölkə tarixində ilk dəfə turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VIII tur

00:00. "Liverpul" – "Qarabağ" - 6:0

QollarA.Mak Allister, 15, 61, F.Virts, 21, M.Salah, 50, H.Ekitike, 57

Baş hakim: İvan Kurjlyak



***
00:50

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində keçirilən “Liverpul” və “Qarabağ” komandaları arasındakı oyunda ilk hissə başa çatıb.

Lent.az xəbər verir ki, “Enfild” stadionunda təşkil olunan matçda ev sahibləri fasiləyə 2:0 üstünlüklə yollanıb.

Matçı slovakiyalı FIFA referisi İvan Krujlyak idarə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1056

Oxşar yazılar