“Liverpul” və “Mançester Yunayted” də onu almaq istəyir - 19 yaşlı hücumçuya 100 milyonluq TƏKLİF
28 mart 2026 16:40 (UTC +04:00)

“Liverpul” və “Mançester Yunayted” də onu almaq istəyir - 19 yaşlı hücumçuya 100 milyonluq TƏKLİF

0

“Leypziq” klubu cinah hücumçusu Yan Diomandın daha bir mövsüm komandada qalmasına nail olmaq istəyir. Bununla yanaşı, klub 19 yaşlı oyunçu üçün daxil ola biləcək böyük transfer təkliflərini də nəzərdən keçirməyə hazırlaşır.

Lent.az xəbər verir ki, “Leypziq” Diomandı 100 milyon avro dəyərində qiymətləndirir və bu məbləği aşağı salmaq niyyətində deyil. Alman klubunda hesab edirlər ki, yüksək qiymət oyunçu ilə maraqlanan digər klubları çəkindirə bilər.

Daha əvvəl mətbuatda ivuarlı futbolçuya “Liverpul” və “Mançester Yunayted” klublarının maraq göstərdiyi qeyd olunub.

Cari mövsümdə Diomand bütün turnirlər üzrə 29 oyunda iştirak edib, 11 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla qüvvədə olan müqaviləsi 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 75 milyon avro təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar