Mahir Emrelidən Çempionlar Liqasında uğursuz debüt
17 avqust 2022 02:31 (UTC +04:00)

Mahir Emrelidən Çempionlar Liqasında uğursuz debüt

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Çempionlar Liqasında debüt edib.

Lent.az Apasport.az saytına istinadən xəbər verir ki, Xorvatiya klubu pley-off mərhələsinin ilk oyununda “Bodo-Qlimt”in qonağı olub.

Norveçdə baş tutan qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qola 37-ci dəqiqədə Amal Pelleqrino imza atıb. Görüşə ehtiyatdan başlayan Mahir 69-cu dəqiqədə meydana daxil olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 24-də Zaqrebdə keçiriləcək.

# 2730
avatar

Oxşar yazılar