Mbappe niyə  Kamerun və Əlcəzair   yox, Fransa millisində oynayır? - CAVAB
30 mart 2023 18:32 (UTC +04:00)

Mbappe niyə Kamerun və Əlcəzair yox, Fransa millisində oynayır? - CAVAB

Mərakeş yığmasının baş məşqçisi Valid Reqraqi, milli mənsubiyyətindən asılı olmayaraq, futbolçuların böyüdükləri ölkələrin milli komandalarında beynəlxalq miqyasda oynamağı seçdikləri hallar barədə danışıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, mütəxəssis Fransada deyil, İspaniyada çıxış edən “Mançester Siti”nin müdafiəçisi Emerik Laporta, Kamerun və ya Əlcəzairdənsə Fransa yığmasını üstün tutan PSJ-nin hücumçusu Kilian Mbappeni misal çəkib.

“Futbolçunun özünü başqa millətin oyunçusu kimi təqdim etməsində qəbahət yoxdur. Laportanın İspaniyada çıxış etməsi Fransanın uğursuzluğu demək deyil. Ola bilsin ki, o, uzun müddət İspaniyada tərbiyə alandan sonra özünü daha çox ispan kimi hiss edir. Bunu bacaran Mbappe niyə Kamerun və ya Əlcəzairdə oynamayıb, Fransanı seçib? Futbolçuların böyüdüyü ölkəni seçməsi normaldır”, - Reqraqi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1677
avatar

Oxşar yazılar