Messi  jurnalistlərdən   şikayətləndi: “Məni həyasızcasına öldürdülər”
03 fevral 2023 16:07 (UTC +04:00)

Messi jurnalistlərdən şikayətləndi: “Məni həyasızcasına öldürdülər”

Argentinanın kapitanı Lionel Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatı zamanı jurnalistlərin təzyiqindən şikayətlənib. 

“Düşünürəm ki, insanlar bu məqsədə çatmaq üçün mübarizə apardığım hər şeyi gördülər. Düşünürəm ki, Argentina millisində qarşılaşdığım şeylər çoxlarına ədalətsiz göründü. Söhbət nəticələrdə deyil, məni çirkin “öldürən” çoxlu sayda jurnalistin tənqid səviyyəsindən gedir”, – Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Messi bildirib.

Onun fikrincə, qələbəni bayram etdiyi üçün komandanı tənqid etmək haqsızlıqdır.

Qətərdə keçirilən dünya çempionatının finalında Argentina millisi Fransanı məğlub edərək tarixdə üçüncü dəfə kuboku qazanıb. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. Əlavə vaxtda komandalar daha bir qol vurub. Penaltilər seriyasında Argentina daha güclü olub - 4:2.

Beynəlxalq Futbol Federasiyası Messini turnirin ən yaxşı oyunçusu kimi tanıyıb. Fransanın “L'Equipe” qəzeti argentinalını ilin idmançısı seçib.


 

# 1029
avatar

Oxşar yazılar